DÜNYA ÖZ XƏBƏR

Müəmmalı HADİSƏ! Gənc motosikletçi tək yaşadığı evdə ölü tapılıb

İstanbulun Esenyurt şəhərində tək yaşayan 33 yaşlı motosiklet kuryeri evində ölü tapılıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pınar məhəlləsi 1505-ci küçədə yerləşən binanın birinci mərtəbəsində yaşayan Özay Ş.-dən bir xəbər alınmadıqdan sonra bir müddət əmlak agenti açarla mənzilə daxil olub.

Əmlakçının xəbəri üzərinə ünvana gələn polis qrupları Özay Ş.-i hərəkətsiz tapıb. 

Motosiklet kuryeri olduğu öyrənilən Özay Ş.-nin cəsədi müayinədən sonra Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Ayxan 

Oxşar Xəbərlər