Fevralın 12-də Misirin Port-Səid şəhəri yaxınlığında Türkiyənin "Beşiktaş-M" gəmisi ilə toqquşan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Nimitz" sinifli döyüş təyyarəsi daşıyan USS Harry S. Truman- ın kapitanı ilə bağlı qərar verilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra hərtərəfli araşdırmalara başlanılıb.
ABŞ Hərbi Dəniz Qüvvələri kapitan Snoudeni istintaqa qədər dayandırmaq qərarına gəlib. Snoudeni vəzifədən azad etmək qərarı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən belə paylaşılıb:
"Snouden müvəqqəti olaraq Atlantik Dəniz Hərbi Hava Qüvvələrinə təyin olunacaq. Bu vəzifədən çıxarılma Trumanın fevralın 12-də Misirin Port Səid yaxınlığında Aralıq dənizində fəaliyyət göstərdiyi zaman Beşiktaş-M ticarət gəmisi ilə toqquşmasından sonra baş verib.
ABŞ Hərbi Dəniz Qüvvələri komandirlərini ən yüksək standartlara uyğun saxlayır və bu standartlara əməl edilmədikdə onları məsuliyyətə cəlb etmək üçün tədbirlər görür. Dəniz qüvvələrinin liderlərinin dənizçilər və gəmiləri qarşısında mühüm məsuliyyətləri var."
NƏ OLMUŞDU?
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Harry S. Truman döyüş təyyarəsi gəmisi Misir sahillərində Türkiyənin "Beşiktaş-M" yük gəmisi ilə toqquşub.