DÜNYA ÖZ XƏBƏR

Tanınmış iş adamının meyiti tapılıb /FOTO

Kütahyanın tanınmış iş adamlarından olan və yaxınlarının ona çata bilmədiyi Gürol Kırçı axşam saatlarında evində ölü tapılıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Menderes bulvarındakı mənzilində yaşayan Gürol Kırçıdan bir müddət xəbər ala bilməyən yaxınları vəziyyəti polisə və sağlamlıq qruplarına xəbər verib. Xəbəri alan qruplar Gürol Kırçının qohumları ilə birlikdə ünvana gələrək içəri girən zaman Kırçının cansız cəsədini aşkar ediblər.

Kırçının cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün yarılma üçün Kütahya Şəhər Xəstəxanasına aparılıb. Gürol Kırçının ürəyində xəstə olduğu iddia edilərkən, hadisə ilə bağlı araşdırma başladılıb.

Nilay 

Oxşar Xəbərlər