DÜNYA ÖZ XƏBƏR

Polisin qorxunc əməlini hadisə yerinə gələn rəisi dayandırıb

Adananın Kozan rayonunda polis məmuru 10-cu mərtəbədəki evinin eyvanından 3 dəfə atəş açdıqdan sonra özünü içəri bağlayıb. Hadisə yerinə gələn Adana polis rəisi evli və uşaq sahibi olan polis məmurunu razı salıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şevkiye məhəlləsi, Şehit Şefik Uçak küçəsində yerləşən binanın 10-cu mərtəbəsində baş verib. İddiaya görə, Adananın Feke rayonunda növbətçi olan evli və bir uşaq atası olan polis məmuru S.K. səhər saatlarında vəzifəsindən ayrıldıqdan sonra Kozandakı evinə gəlib.

Həyat yoldaşı işdə, uşağı məktəbdə olan polis eyvana çıxaraq havaya üç dəfə atəş açıb və qonşusuna təcili yardım və polis çağırmasını deyib. Bunun üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Karahaliloğlu polisə müraciət edərək polis rəisi ilə görüşmək istədiyini bildirib. Bunun üzərinə Kozan İlçe Təhlükəsizlik Müdiri Fatih Alptekin hadisə yerinə gələrkən, hadisə yerinə xüsusi əməliyyat polisi də sövq edilib.

Alptekin polis məmurunu qapını açmağa razı salmağa çalışarkən, polis məmuru Adana polis rəisi Ahmet Hakan Arıkandan hadisə yerinə gəlməsini istəyib.

Kozana gələn Arıkan tez bir zamanda görüşdüyü polis məmurunu razı  salıb.

Ayxan 

Oxşar Xəbərlər