DÜNYA ÖZ XƏBƏR

Qardaşını və həyat yoldaşını 5 yaşlı uşaqlarının gözü önündə güllələyib

Türkiyədə Karabükdə əcnəbi vətəndaş qardaşını və onun həyat yoldaşını güllələyib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeşil Mahallenin Kavşak küçəsində yaşayan Əfqanıstan əsilli Noruz Əhmədi (29) eyni mənzildə yaşadığı qardaşı Qurban Əli Əhmədi (25) və baldızı Leeqa Azimi (27) naməlum səbəbdən güllələyib.

İnsanların atəş səsləri eşitdiyini bildirdikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Tibbi yardım işçiləri Qurban Əli Əhmədi və Liqa Əziminin öldüyünü elan ediblər.

Taksi ilə hadisə yerindən qaçan şübhəli polis qrupları tərəfindən Eskipazar rayonunda yaxalanıb.

Hadisə zamanı evdə olan 5 yaşlı uşağın polislər tərəfindən götürüldüyü bildirilib.

Müayinədən sonra cəsədlər Karabük Təhsil və Araşdırma Xəstəxanası meyitxanasına aparılıb.

Şübhəli şəxs şəhərdəki özəl xəstəxanalardan birində sağlamlıq müayinəsindən sonra polis bölməsinə aparılıb.

Digər tərəfdən, İl Təhlükəsizlik Müdiri Mehmet Əli Həsən Köse də hadisə yerinə gələrək məlumat alıb.

Ayxan 

Oxşar Xəbərlər