Kemerovoda ermənilərə məxsus “Ararat” restoranının qarşısında sahibsiz itlər insanlara hücum edir
Kemerovo sakinləri ermənilərə məxsus “Ararat” restoranının yaxınlığında sahibsiz itlərin insanlara hücum etməsindən narahatdır.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Şahidlərin sözlərinə görə, burada gəzən iri itlər – alabay və “qafqaz çoban iti cinsinə məxsus heyvanlar aqressiv davranır və insanlara hücum edir.
Bir qadın sosial şəbəkədə paylaşım edərək, qayınatasının həmin itlərdən biri tərəfindən dişləndiyini bildirib. Onun sözlərinə görə, kişi dərhal travmatologiyaya aparılıb. Eyni gün həmin it tərəfindən başqa bir qadının da hücuma məruz qaldığı qeyd olunub.
Restoran rəhbərliyi itləri yemləmədiklərini və onların müəssisəyə aid olmadığını iddia edib. Onların sözlərinə görə, itlər yaxınlıqdakı fərdi yaşayış sektorundan gələ bilər. Lakin yerli sakinlər təhlükənin aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
Nilay