ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynada münaqişənin kəskinləşməsi qlobal qarşıdurmaya çevrilə bilər, lakin Vaşinqton belə ssenariyə imkan verməyəcək.
32gun.az bildirir ki, O, bu barədə bazar ertəsi Ağ Evin Oval kabinetində jurnalistlərə bildirib.
“Vəziyyət həll olunmasa, bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq. Artıq bir çox dövlətlər münaqişəyə cəlb olunub və o an gələ bilər ki, bu, iki ölkə arasında qarşıdurmadan kənara çıxır. Lakin biz buna imkan verməyəcəyik”, - Tramp vurğulayıb.
Xorvatiyanın “Advance” nəşri fevralın 23-də yazıb ki, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp üçün III Dünya Müharibəsi ssenarisi hazırlayır.
Fevralın 20-də Tramp bildirib ki, III Dünya Müharibəsinin heç kimin marağında deyil, lakin Co Bayden daha bir il vəzifədə qalsa, bu baş verə bilər.
Fevralın 12-də Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampın telefon danışıqları zamanı Vaşinqton və Moskvanın Ukraynada sülh yolu ilə nizamlanmasında birgə işləməsinin zəruriliyi ilə bağlı tezislərindən birini dəstəklədiyini bildirib .
Nilay