Rusiyanın dondurulmuş aktivlərinin götürülməsi birbaşa beynəlxalq hüququ pozar, ona görə də bu vəsaitlər heç kim tərəfindən mənimsənilə bilməz.
32gun.az xəbər verir ki , bu fikri Fransa prezidenti Emmanuel Makron bildirib.
“Dondurulmuş Rusiya aktivlərini geri almaq mümkün deyil, bu, beynəlxalq hüquqa ziddir”, – Makron ABŞ prezidenti Donald Trampla görüşdə deyib.
Makronla Trampın görüşü Yelisey sarayı tərəfindən X sosial şəbəkəsində yayımlanıb. Dondurulmuş aktivlərin taleyi, Fransa liderinin fikrincə, Ukrayna böhranı üzrə sülh danışıqları kontekstində həll edilməlidir.
Nilay