ABŞ prezidenti Donald Tramp Qələbə Günü üçün Moskvaya səfər etməyi planlaşdırmadığını, belə bir səfər üçün 9 may tarixinin hələ tez olduğunu izah edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, o, gələcəkdə Rusiyaya səfər edəcəyini istisna etməyib.
Tramp Rusiyanın paytaxtına “uyğun zamanda” səfər edəcəyini qeyd edib, lakin bunun nə vaxt baş verə biləcəyini təxmini tarix açıqlamayıb.
Trampın Qələbə günü üçün Moskvaya gələcəyi və Putinin yanında tribunalarda əyləşəcəyi barədə məlumatı Fransanın Point jurnalı yayıb.
Tramp daha sonra Moskvaya gedəcəyi ilə bağlı xəbərləri təkzib edib . Sonra o, jurnalistlərin məsələ ilə bağlı sualını qısaca cavablandırıb: "Getməyəcəyəm".
Ayxan