DÜNYA ÖZ XƏBƏR

"Qremmi" mükafatçısı 88 yaşında vəfat edib

"Killing Me Softly" mahnısını ifa edən məşhur amerikalı müğənni Roberta Flak 89 yaşında vəfat edib.

32gun.az bildirir ki, bu barədə Amerikanın "Variety" jurnalı onun nümayəndəsinin bəyanatına istinadən məlumat yayıb.

"Biz gözəl Roberta Flakin bu səhər, 24 fevral 2025-ci ildə vəfat etdiyini öyrənməkdən çox kədərlənirik", - yazıda deyilir.

Sənətçinin ailəsinin əhatəsində dünyasını dəyişdiyi bildirilir. Onun ölüm səbəbi açıqlanmayıb.

Müğənni Şimali Karolinada musiqiçi ailəsində anadan olub. O, doqquz yaşında pianoda ifa etməyə başlayıb və 16 yaşında Vaşinqtondakı Hovard Universitetinə təqaüdlə daxil olub.

Flak 1970-ci illərdə şöhrət qazandı, "The First Time Ever I Saw Your Face", "Killing Me Softly with His Song" və "Feel Like Makin' Love" mahnıları ilə ardıcıl bir neçə il hit-paradlarda başçılıq edir. Bundan əlavə, müğənni Grammy mükafatı laureatı alıb.

Ayxan 

Oxşar Xəbərlər