DÜNYA ÖZ XƏBƏR

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

Kanada Rusiyaya qarşı 76 fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib

Kanada hökuməti Rusiyaya qarşı tətbiq edilən xüsusi iqtisadi tədbirlər çərçivəsində 76 fiziki və hüquqi şəxsi sanksiya siyahısına əlavə edib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanada hökumətinin rəsmi saytında yayımlanan sənədə əsasən, yeni sanksiyalar 33 fiziki şəxsə və 44 təşkilata şamil edilib.

Bundan əlavə, Kanada Rusiyanın "kölgə donanması"na qarşı tədbirlər görərək, sanksiya altında olan malların, o cümlədən, karbohidrogenlərin daşınmasında iştirak edən 109 gəmini hədəfə aldığını açıqlayıb.

Eyni zamanda, Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri fevralın 24-də Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyiblər. Bu çərçivədə 48 fiziki şəxs və 35 təşkilat sanksiya siyahısına salınıb, həmçinin 13 banka SWIFT sisteminə giriş qadağan edilib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas isə bildirib ki, ittifaq artıq 17-ci sanksiya paketi üzərində işləyir.

Ayxan 

Oxşar Xəbərlər