Nijni Novqorodda mərkəzi istilik boru xəttinin qopması nəticəsində 3 nəfər yanıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nijni Novqorod vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, borunun partlaması nəticəsində bir neçə nəfər yanıq xəsarətləri alıb. Hazırda onlara ixtisaslı tibbi yardım göstərilir. "Qurbanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir" deyə idarənin Telegram kanalında verdiyi açıqlamada qeyd edilib.
Vilayət prokurorluğu aydınlaşdırıb ki, hadisə fevralın 24-də axşam saatlarında Puşkin küçəsində baş verib. İdarənin əməkdaşları araşdırma aparır.
Ayxan