DÜNYA ÖZ XƏBƏR

Uşaq psixoloqu 14 yaşlı qıza təcavüzdə ittiham olunub - Rusiyada

İrkutskda 14 yaşlı məktəbli qızın valideynləri uşaq psixoloqunu qızlarına təcavüz etməkdə ittiham ediblər.

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur SHOT telegram kanalı  məlumat verib.

Məlumata görə, valideynlər yeniyetməlik dövründəki çətinliklər səbəbilə psixoloqa müraciət ediblər. Onlar mütəxəssisi internet üzərindən taparaq təxminən bir saatlıq seans üçün üç min rubl ödəyiblər.

Seans zamanı psixoloq 14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib və ona təcavüz etməyə cəhd göstərib. Hadisədən sonra valideynlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Psixoloq barəsində ölkədən çıxmamaq barədə qətimkan tədbiri seçilib. Onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nilay 

Oxşar Xəbərlər