Yaponiyanın Şizuoka prefekturasında 32 yaşlı İsamu Tomioka 53 yaşlı Midori ilə ailə qurub.
32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, onların qeyri-adi sevgi hekayəsi yerli tok-şoulardan birində müzakirə edilib.
Cütlük ilk dəfə illər əvvəl məktəbdə valideyn iclasında tanış olub. O zaman İsamu şagird, Midori isə onun sinif yoldaşının anası idi. Aradan 10 ildən çox keçdikdən sonra yolları yenidən kəsişib. Bu müddət ərzində Midori boşanıb, İsamu isə ona aşiq olduğunu anlayıb və münasibət qurmaq qərarına gəlib.
Midori əvvəlcə onun hisslərini ciddi qəbul etməsə də, İsamu hər gün onu görüşə dəvət edərək sevgisini sübut etməyə çalışıb. O, Midorinin işıqlı dekorasiyaları sevdiyini öyrənib və bir ay ərzində onu 40 işıq şousuna aparıb. Uzun tərəddüdlərdən sonra qadın qızının dəstəyini aldıqdan sonra münasibətə razılıq verib.
Cütlüyün qarşısına ailə maneəsi də çıxıb. Midorinin valideynləri bu münasibətə qarşı olublar. İsamu ciddi niyyətini sübut etmək üçün ev alıb və nəhayət, onların etimadını qazanaraq evlənib.
Nilay