DÜNYA ÖZ XƏBƏR

15 yaşlı qızı maşınla vurub - Polisə deməsin deyə "İphone 13" təklif edib

Saratovda qadın piyadanı vurub, ailəsinə susmaq üçün iPhone təklif etdi

Saratovda 15 yaşlı Yekaterina Kulikova piyada keçidindən keçərkən ağ rəngli avtomobil onu vurub.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, maşın qızın ayaqları üzərindən keçərək hadisə yerindən uzaqlaşıb. Şahidlər təcili yardıma xəbər verib, zərərçəkən isə ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bir neçə gün sonra Yekaterinanın anası ilə Karine Arakelova adlı qadın əlaqə saxlayıb və sükan arxasında olduğunu etiraf edib. O, ailəyə qızın sındırılmış telefonunun yerinə iPhone 13 verməyi və bunun müqabilində heç bir iddia qaldırmamaları üçün sənədə imza atmağı təklif edib. Qızın ailəsi bunu təhqir kimi qəbul edib və reabilitasiya üçün dəstək istəyib.

Lakin Arakelova müalicə xərclərini ödəməkdən imtina edərək yoxa çıxıb. Hazırda onun barəsində inzibati araşdırma aparılır. Ekspertizanın nəticələrindən asılı olaraq cinayət işi açıla bilər.

Nilay 

Oxşar Xəbərlər