ABŞ Dövlət Effektivliyi Departamentində (DOGE) 20-dən çox əməkdaş ideoloji səbəblərdən istefa verib.
32gun.az bildirir ki, bu barədə Associated Press (AP) istefa verən işçilərin məktubuna istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, Elon Maskın rəhbərlik etdiyi departamentin əməkdaşları texniki biliklərini “kritik dövlət xidmətlərinin ləğvi” üçün istifadə etməyə etiraz edərək işdən çıxıblar.
İstefa verən əməkdaşlar məktublarında qeyd ediblər ki, departamentə işə götürülən şəxslərin çoxu siyasi ideologiya əsasında seçilib və onların vəzifələrinin öhdəsindən gəlmək üçün kifayət qədər bacarıq və təcrübələri yoxdur.
Bundan əvvəl The New York Times yazmışdı ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) iki minə yaxın əməkdaşa işdən çıxarılmaları ilə bağlı elektron məktub göndərilib. Yalnız “kritik proqramlar” üzərində işləyənlər üçün istisna edilib. Qəzet qeyd edib ki, işdən çıxarılanlar əsasən ABŞ ərazisində çalışan əməkdaşlardır.
Ayxan