Meksikanın paytaxtı Mexikoda tualetdə ölü tapılan şəxsin kimliyi məlum olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Bodibildinq üzrə dünya çempionu Qrişall Disner olduğu öyrənilib.
Disnerin bədənində iki güllə yarası olduğu bildirilib.
Disnerin tualetə getmək üçün barda masasından qalxdığı zaman sərxoş olduğu iddia edilib. Az sonra silah səsləri eşidilib. Hamama qaçanlar bodibilderi iki güllə yarası ilə tapıblar.
Paramediklər meksikalı Disneyin hadisə yerində öldüyünü elan ediblər. Dünya çempionu özünü güllələməkdə şübhəli bilinir. İstintaq davam edir.
Təhlükəsizlik kamerasının görüntülərinin hadisəyə aydınlıq gətirəcəyi gözlənilir.
Digər maraqlı fakt odur ki, Disnerin atası Mexiko Baş Prokurorluğunda Kriminalistika idarəsinin rəisidir.
2023 Mr. Amerika Jr. və Mr. Mexico Jr. titulları qazanaraq adından söz etdirən idmançı sonradan fitnes influeneri kimi adından söz etdirib. O, İnstaqram və TikTok-da maarifləndirici videolar yayımlayırdı.
Ayxan