Dünyanın ən yaşlı Holokost qurbanı Rouz Giron ABŞ -da 113 yaşında vəfat edib.
32gun.az bildirir ki, bu barədə fevralın 25-də Jerusalem Post məlumat yayıb.
Qeyd olunur ki, Giron Amerikanın Nyu-York ştatının ən yaşlı insanı olmaqla yanaşı, dünyanın ən yaşlı mühaciri olub.
O öz əcəli ilə ölüb.
Rouz Giron 1912-ci ildə Janowda (Polşa) anadan olub. 1939-cu ildə o, əri ilə birlikdə Almaniyadan Çinə qaçdı və burada uşağı üçün toxuculuq paltarlarını görən bir yəhudi iş adamı tərəfindən qəbul edildi. 1947-ci ildə qadın ailəsi ilə birlikdə ABŞ-a köçdü və burada toxuculuqla dolanmağa davam edib.
Ayxan