DÜNYA ÖZ XƏBƏR

Lavrov Qətərə gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinə Doha hava limanına gedərək başlayıb. 

32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bu, artıq Lavrovun son altı ayda Qətərə ikinci səfəridir. 2023-cü ilin dekabrında o, Əmir Təmim bin Həməd Al Tani və Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqlar aparıb, həmçinin 22-ci Doha Forumunda çıxış edib.

Fevralın 25 - də Lavrov Tehranda İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüş zamanı Lavrov Pezeşkiana Rusiya prezidenti Vladimir Putinin “böyük salamlarını” çatdırıb və Moskva ilə Tehranın yanvarda imzaladığı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin artıq icra olunduğunu bildirib .

Fevralın 23-də Lavrov Türkiyəyə gedib. Ertəsi gün nazir Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan , eləcə də türkiyəli həmkarı Hakan Fidanla görüşüb .

Oxşar Xəbərlər