Çelyabinsk vilayətində qəsəbə başçısı, yerli deputat və onun oğlu yerli sakini oğurlayıb öldürməkdə ittiham olunaraq həbs edilib.
32gun.az bildirir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat veribl.
Məlumatına görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Bredinski bələdiyyə dairəsinin Rımnik kənd qəsəbəsinin rəhbəri və oğlu ilə birlikdə yerli məclisin deputatıdır.
Şöbədən bildirilib ki, fevralın 23-də axşam saatlarında şübhəlilər spirtli içkidən sərxoş vəziyyətdə əvvəllər münaqişədə olduqları 46 yaşlı yerli sakinin evinə gəliblər. Hücum edənlər onu qaçırıb, sonra isə öldürüblər.
Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin məlumatına görə, qadın oğurlanmadan əvvəl polisə müraciət edə bilib. Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qarda yalnız avtomobil təkərlərinin izlərini aşkar ediblər. Daha sonra qurbanın meyiti Qızılskoye-Bredı-Marinski magistralının yaxınlığındakı dərədən tapılıb.
Cinayəti törədən hər üç şəxs tutularaq 24 aprel 2025-ci il tarixinədək həbs qətimkan tədbiri seçilib.
Ayxan