DÜNYA ÖZ XƏBƏR

Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinə nə vaxt baxılacağını AÇIQLAYIB

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsinin hazırda masada olmadığını bildirib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, o, münaqişənin həlli üçün ilk növbədə tərəflərin sülh razılaşmasına nail olmasını görmək istədiyini vurğulayıb.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Gələcəyin Texnologiyaları Forumunun plenar iclasında çıxış edərək, xarici sanksiyaların təzyiqinin Rusiya elminin və biznesinin inkişafı üçün katalizatora çevrildiyini bildirib .

Bu ay ABŞ dövlət katibi Marko Rubio ölkəsinin Ukraynada davam edən münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyini bildirib . Eyni zamanda, o qeyd edib ki, münaqişə bitdikdən sonra sanksiyalar aradan qaldırılmalı olacaq.

Ötən ilin dekabrında Putin Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının dünyada ən yüksək olduğunu bildirmişdi . Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin uğurları digər məsələlərlə yanaşı, müdafiə sənayesinin inkişafı və yeni texnikanın olması ilə bağlıdır.

Ayxan 

Oxşar Xəbərlər