Aydının Söke rayonunda evdə qaz balonu partlayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qorxunc anlar yaşanan evdə maddi ziyan meydana gəlib.
Kemalpaşa məhəlləsində bir evdə qaz balonunda partlayış baş verib. Cihan Ö.-yə aid olduğu öyrənilən evdə baş verən partlayışın ardından hadisə yerinə xilasetmə, 112 Təcili Sağlamlıq qrupları və polis sövq edilib.
Xoşbəxtlikdən hadisə zamanı evdə heç kim olmayıb, hər hansı insan itkisi və ya xəsarət alanların qarşısı alınıb. Lakin partlayış evə ciddi ziyan vurub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan