Batmanda iki şübhəlinin təsadüfi atəş açması nəticəsində 3 nəfər yaralanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki şübhəli motosikletlə sənaye sahəsinə girərək təsadüfi atəş açıb. Tüfəngdən atılan qranullar nəticəsində H.S (52), MTQ (27) və AT (43) yaralanıb. Xəbərdarlıqdan sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Yaralılar sağlamlıq qruplarının göstərdiyi ilk yardımdan sonra Batman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu, hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Ayxan