DÜNYA ÖZ XƏBƏR

Moldovanın keçmiş baş naziri yeni enerji böhranı ilə bağlı xəbərdarlıq edib

Moldova prezidenti Maia Sandu və hökuməti yaxınlaşan yeni enerji böhranını əhalidən gizlədir və bunun qarşısını almaq üçün heç bir tədbir görmür.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu  Moldovanın keçmiş baş naziri, Avropayönlü Liberal Demokrat Partiyasının (LDPM) lideri Vladimir Filat deyib.

“Hökumət yaxınlaşan enerji böhranı qarşısında ölümcül sükutunu qoruyur. İstilik mövsümünün başa çatmasına cəmi bir ay qalıb və konkret işin görülməməsinə haqq qazandırmaq olmaz. Yeni enerji böhranı yaxınlaşır və vətəndaşlar bunun qarşısını almaq üçün hansı tədbirlərin görüldüyünü bilməlidirlər”, o, Telegram kanalında yazıb.

Filat həmçinin hakimiyyətin bütün istehlakçılar üçün ilk 110 kVt/saata görə qiymətləri 2025-ci ilin dekabrına qədər məhdudlaşdırmaq qərarını şərh edib. Onun sözlərinə görə, bu tədbir bir milyon istehlakçı üçün nəzərdə tutulub və bunun üçün xərclər 100 milyon dollar təşkil edəcək.

Bu baxımdan o, Moldovanın belə bir məbləği necə qarşılayacağı ilə maraqlanıb. Onun sözlərinə görə, gələcəkdə vətəndaşların 3 dəfə artıq ödəniş etməli olma ehtimalı var.

Moldovanın keçmiş baş naziri mesajında hakimiyyətdən rəsmi cavablar və konkret addımlar tələb edib.

Ayxan 

Oxşar Xəbərlər