DÜNYA ÖZ XƏBƏR

Kürəkəni ilə mübahisə edən qayınata onu öldürdü

Ankaranın Polatlı rayonunda kürəkəni ilə mübahisə edən şəxs onu bıçaqlayaraq öldürüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gökhan Çapar (48) Polatlının Bəsri məhəlləsində həyat yoldaşı D.Ç-ni (31) döyüb. D.Ç vəziyyəti atası TK-ya danışarkən onunla görüşən qayınatası ilə Gökhan Çapar arasında mübahisə düşüb. Mübahisə zamanı qayınata əsəbiləşərək kürəkənini bıçaqlayıb. Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. Ağır yaralanan Gökhan Çapar bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Çaparın əvvəllər də həyat yoldaşı ilə tez-tez mübahisə etdiyi öyrənilib.

Kürəkənini öldürən qayınatası T.K saxlanılıb. Hadisə ilə bağlı istintaq başladılıb.

Ayxan 

Oxşar Xəbərlər