DÜNYA ÖZ XƏBƏR

Qadın otelin pəncərəsindən çarşafların üzərinə dırmaşarkən yıxılıb

Sankt-Peterburqda bir qadın otel otağından pəncərədən qaçmağa çalışarkən həyatını itirib. Hadisə Apraksin keçəsində baş verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, 48 yaşlı qadın və onun 35 yaşlı sevgilisi otelə yerləşiblər, lakin hadisə günü aralarında mübahisə yaranıb. Onlar səs-küy salıb, qapıları sındırmağa cəhd ediblər. Bu səbəbdən otel administrasiyası polis çağırıb və cütlüyü otaqda saxlayıb ki, onlar hadisə yerindən qaça bilməsinlər.

Cütlük oteldən qaçmaq üçün çarşaflardan "ip" düzəldərək pəncərədən enməyə çalışıb. İlk olaraq qadın aşağı düşməyə başlayıb, lakin ip qırılıb və o, yerə çırpılıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Polis qadının sevgilisini saxlayıb. Onun əvvəllər narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunduğu, qadının isə oğurluq ittihamı ilə məhkum edildiyi məlum olub.

Nilay 

Oxşar Xəbərlər