Rusiyanın Marseldəki Baş Konsulluğuna hücum edən Fransa vətəndaşlarına verilən qeyri-mütənasib dərəcədə yüngül cəza Moskvanı qəzəbləndirib.
32gun.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə baş konsul Stanislav Oranski məlumat verib.
“Sanki biz futbol oynayan və təsadüfən pəncərəni sındıran iki kiçik uşaqdan danışırıq. Tələb olunan qeyri-mütənasib dərəcədə yumşaq cəzadan qəzəblənirik”, - agentliyin mənbəsi bildirib.
Diplomat əlavə edib ki, Rusiya tərəfi hadisəni terror aktı kimi qiymətləndirir və bunun bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq diplomatik quruma qarşı törədildiyini vurğulayıb.
Oranski konsulluğa hücumun partlayıcıdan istifadə edildiyini və hücum edənlərin buna hazırlaşdıqlarını izah edib.
Bununla belə, prokuror bütün arqumentləri rədd edərək qeyd edib ki, “heç bir terror aktından söhbət gedə bilməz, Fransa vətəndaşları sadəcə olaraq axmaq hərəkət ediblər”, - deyə baş konsul yekunlaşdırıb.
Fevralın 24-də səhər saatlarında Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış baş verib . Naməlum şəxslər onun ərazisinə əldəqayırma partlayıcı qurğular atıb, sonra isə yoxa çıxıblar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Ayxan