DÜNYA ÖZ XƏBƏR

Çılpaq gəzintiyə çıxan əcnəbi Tayland sakinlərini qəzəbləndirib

Taylandda turistin çılpaq halda mağazaya girməsi narazılıq doğurdu

Taylandın Pxuket adasında bir turistin çılpaq halda mağazaya daxil olması yerli sakinlərin narazılığına səbəb olub.

32gun.az bildirir ki, bu barədə "Phuket News" xəbər verib.

Məlumatda bildirilir ki, hadisə Çalonq bölgəsindəki 24 saatlıq marketin qarşısında baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə tamamilə lüt olan kişinin avtomobil dayanacağından mağazaya tərəf getdiyi görünür. Hadisə yerli əhalinin etirazına səbəb olub. Bəzi taylandlılar turistin dərhal deportasiya edilməsini tələb ediblər, digərləri isə bu vəziyyəti ironik şəkildə şərh ediblər.

Polis insidentə hələ ki reaksiya verməyib, turistin cəzalandırılıb-cəzalandırılmadığı barədə məlumat yoxdur.

Ayxan 

Oxşar Xəbərlər