Avropa İttifaqı (Aİ) ABŞ lideri Donald Trampa zərbə endirməlidir.
32gun.az bildirir ki, Fransanın keçmiş prezidenti Fransua Olland fevralın 27-də BFM TV- yə müsahibəsində belə deyib.
“Tramp yalnız pul kisəsinə, pula reaksiya verir. Bu onun yeganə davranışıdır. Biz, avropalılar və fransızlar ona çox güclü zərbə vurmalıyıq”-deyə qeyd edib.
Ollandın sözlərinə görə, ABŞ prezidenti Ukraynadan "həyasızcasına" nadir torpaq metalları tələb edib , lakin ona təhlükəsizlik zəmanəti verməkdən imtina edib. Sabiq Fransa lideri Trampın mütəmadi olaraq təzminat tələb etməsinə də işarə edərək, Avropa ölkələrinin ABŞ iqtisadiyyatına zərər vurmağa çalışmalı olduğunu vurğulayıb.
Ayxan