Nijni Novqorodda avtomobil aşaraq ictimai nəqliyyat dayanacağına çırpılıb, nəticədə iki nəfər ölüb.
32gun.az bildirir ki, bu barədə fevralın 27-də Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin (MD) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qəza axşam saatlarında, Moskva vaxtı ilə saat 20:00 radələrində, Zemlyaçki küçəsi ərazisində baş verib. RİA Novosti idarəyə istinadən yazır ki, sürücü avtomobilin aşmasına icazə verib və nəticədə onun ictimai nəqliyyat dayanacağına çırpılıb.
Bildirilir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda hadisə yerində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları işləyir.
Ayxan