DÜNYA ÖZ XƏBƏR

Kişi yetkinlik yaşına çatmayan ögey qızına təcavüz edib - Bu ölkədə

Rusiyanın Bryansk vilayətində bir kişi yetkinlik yaşına çatmayan ögey qızına qarşı cinsi zorakılıq və işgəncə verməkdə təqsirli bilinərək 16,5 il müddətinə xüsusi rejimli koloniyada həbs cəzasına məhkum edilib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Məhkəmə və istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs uzun müddət ögey qızına qarşı cinsi zorakılıq törədib, ona işgəncə verib və valideynlik öhdəliklərini yerinə yetirməyib. O, həmçinin xuliqanlıq, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və təmiri maddələri üzrə də günahkar sayılıb.

Məhkəmənin hökmü ilə o, 16,5 il həbs cəzası ilə yanaşı, iki il azadlığın məhdudlaşdırılması və 100 min rubl məbləğində cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olduğunu bildirib.

Ayxan 

Oxşar Xəbərlər