DÜNYA ÖZ XƏBƏR

Yük maşını uçurumdan aşıb - Ölən və yaralananlar var

Ankaranın Ayaş rayonunda yük maşını idarəetmədən çıxaraq uçurumdan aşıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər ki, qəzada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, yük maşını sürücüsünün idarəetməsini itirərək aşıb və uçurumdan aşıb. Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edildi. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb və müalicəsi davam etdirilir, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər