DÜNYA ÖZ XƏBƏR

Vatikan Papanın səhhəti barədə məlumat yayıb

Papa Fransiskin vəziyyəti getdikcə yaxşılaşır.

32gun.az bildirir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəbər verib. 

Eyni zamanda, Vatikan qeyd edib ki, yekun proqnoz və daha optimist nəticələr üçün bir neçə gün davam edən sabitlik dövrü lazımdır.

"Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, proqnozu dəyişdirmək üçün əlavə klinik sabitliyə ehtiyac var"  Vatikanın mətbuat xidməti qeyd edib. 

Bir gün əvvəl ikiqat pnevmoniya ilə xəstəxanaya yerləşdirilən Papanın vəziyyətinin "kritik, lakin stabil" olaraq qaldığı bildirildi . Papa xəstəliyin gedişatını izləmək üçün adi kompüter tomoqrafiyasından keçirdi. Vatikan qeyd edib ki, proqnoz ehtiyatlı olaraq qalır.

Fevralın 14-də 88 yaşlı pontifik respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib . Bu səbəbdən o, Slovakiyanın baş naziri Robert Fiko və CNN-in baş direktoru Mark Tompson ilə görüşlərini ləğv etməli olub . O, ard-arda iki xütbəni də buraxıb.

Ayxan 

Oxşar Xəbərlər