Dağıstanın Tlyaratinski və Tsumadinski rayonlarında iki qar uçqunu olub.
32gun.az bildirir ki, Metrada-Xuşet avtomobil yolunun Tsumadinski rayonunun Tsixalak və Xuşet kəndləri arasındakı yolda qar uçqunu olması barədə məlumatı Dağıstan hərbiləşdirilmiş qarla mübarizə bölməsinin rəisi bildirib.
"Yağan qarın həcmi 1 metr təşkil edib" Bəyanatda Rusiyanın Respublika üzrə vəziyyətləri göstərilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Kəndlərə nəqliyyatın hərəkəti dolama yol ilə həyata keçirilir.
İlkin məlumatlara görə, yolun təmizlənməsi işləri fevralın 28-də Moskva vaxtı ilə saat 12:00-da başa çatacaq.
İkinci qar uçqunu respublikanın Tlyaratinski rayonunda Tlyarata-Qvedış yolunda qeydə alınıb.
"Həcmi 7000 kubmetr olan qar uçqunu yolun səthinə düşüb. Dağıntı qeydə alınmayıb", - mətbuat xidmətindən bildirilib.
Yaxınlıqdakı kəndlərə gedən nəqliyyatın hərəkəti kəsilməyib. Artıq yol təmizlənib.
Ayxan