DÜNYA ÖZ XƏBƏR

İllərdir görüşməyən qardaşlat polis bölməsində qarşılaşıb

İllərdir bir-birini görməyən iki qardaş təsadüfən polis bölməsində qarşılaşıb.

32gun.az bildirir ki, bu barədə Polşanın Wprost nəşri məlumat yayıb. 

Həftə ərzində polis əməkdaşları Vyryki qəsəbəsində bir mənzilə çağırılıb. Orada 35 yaşlı kişi sərxoş vəziyyətdə davakar hərəkətlər etdiyi üçün saxlanılıb və polis bölməsinə aparılıb.

Həmin axşam həmin bölməyə başqa bir şəxs – 22 yaşlı gənc gəlib. O, narkotiklə bağlı cinayətlərə görə həbs cəzası almış və cəzasını çəkmək üçün könüllü şəkildə təslim olmuşdu.

Polis bölməsində məlum olub ki, bu iki şəxs doğma qardaşlardır və illərdir görüşməyiblər. Onlar bir-birini səsdən tanıyaraq qısa müddətlik də olsa, görüşüblər. Lakin bu qovuşma uzun sürməyib: kiçik qardaş həbsxanaya göndərilib, böyük qardaş isə istintaq müddətində polis nəzarətində saxlanılıb.

Ayxan 

Oxşar Xəbərlər