Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Oryol vilayəti üzərində səmada 4 pilotsuz uçan aparatı vurub.
32gun.az bildirir ki, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün Telegram kanalında məlumat verib .
"Düşmənin hücumları davam edir - Oryol bölgəsi üzərində dörd PUA vurulub" o qeyd edib.
Klıçkov yeni hücumların təhlükəsinin qaldığını vurğulayıb. Lakin hazırda tələfat və dağıntı yoxdur, hadisə yerində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Moskva vaxtı ilə saat 17:44-dən 19:45-dək hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində 43, Krım üzərində beş , Oryol vilayəti üzərində dörd və Kaluqa vilayəti üzərində bir pilotsuz uçan aparatı məhv edib.
Ayxan