DÜNYA ÖZ XƏBƏR

Hərbi helikopter xəstələnən hamilə qadın üçün havaya qalxıb

Hakkarinin Şemdinli rayonunda xəstələnən hamilə qadın hərbi helikopterlə Hakkari Dövlət Xəstəxanasına gətirilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rayonun Altınsu kəndində xəstələnən N.O.-nun yaxınları 112 Təcili Zəng Mərkəzindən kömək istəyib.

Quru yolu ilə daşınması yararsız hesab edilən qadın bölgəyə istiqamətlənmiş hərbi helikopterlə Fatih Kışlasına gətirilib.

N.O təhlükəsizlik qüvvələrinin dəstəyi ilə səhiyyə əməkdaşları  tərəfindən təcili yardıma aparılaraq müalicə olunmaq üçün Hakkari Dövlət Xəstəxanasına aparılıb.

Ayxan 

Oxşar Xəbərlər