Polşa Kosmik Agentliyinə (POLSA) kiberhücum edildiyi bildirilib. Hücumu həyata keçirən şəxslər və ya qurumları müəyyən etmək üçün hərtərəfli araşdırmaya başlanılıb.
32gun.az bildirir ki, bu barədə Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski məlumat verib.
O POLSA-nın informasiya texnologiyaları infrastrukturuna icazəsiz girişin aşkar edildiyini açıqlayaraq, "Hücuma məruz qalan sistemlərin təhlükəsizliyi təmin edildi. Kiberhücumun arxasında duran şəxs və ya qrupların müəyyən edilməsi üçün intensiv əməliyyat tədbirləri davam etdirilir" deyib.
"Vəziyyət təhlil edilir və məlumatların təhlükəsizliyi üçün agentliyin şəbəkəsi dərhal internetdən ayrılıb", - POLSA-nın açıqlamasında deyilir.
Nilay