Manisanın Kula rayonunda, İzmir-Ankara D300 avtomobil yolunun Kövükdərə enişlərində qəza baş verib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdən Uşak istiqamətində hərəkət edən Azərbaycan vətəndaşı Mahmudov Turalın idarə etdiyi 90 ZJ 186 dövlət nömrə nişanlı "TIR" yük avtomobili Kövükdərə ərazisinə gələn zaman naməlum səbəbdən yanıb.
Maşından tüstü çıxdığını görən sürücüsü maşını yolun kənarında saxlayıb.
Avtomobildən tüstü çıxdığını görən vətəndaşlar 112 Təcili Zəng Mərkəzinə məlumat verib. Hadisə yerinə yanğınsöndürmə və jandarma qrupları sövq edilib.
Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov daha da böyümədən nəzarət altına alınıb. Yanğın nəticəsində yük maşını yararsız hala düşüb.
Lakin yük maşınının sürücüsü xəsarət almadan yanğından xilas olub.
Nilay