DÜNYA ÖZ XƏBƏR

2 gündür itkin düşən qadının son görüntüləri ortaya çıxıb - VİDEO

Dostlarına İstanbulda Belqrad meşəsinə gedəcəyini söylədikdən sonra barəsində xəbər alınmayan 36 yaşlı Ece Gülərin son görüntüləri ortaya çıxıb.

Gürelin son görüntülərində onun bel çantası ilə evdən çıxaraq bir müddət sonra gözdən itdiyi görüntülənib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, martın 2-i bazar günü Kağıthane Gültəpə məhəlləsindəki evindən Belqrad meşəsinə getdiyini deyərək çıxan landşaft memarı Ece Gülərin (36) ondan xəbər ala bilməyən qohumları tərəfindən itkin düşdüyü bildirilir və Belqrad meşəsində itdiyi ehtimal edilən gənc qadın üçün axtarış işlərinə başlanılıb.

AFAD, AKUT və Ümraniye və Sarıyer bələdiyyələrinin axtarış-xilasetmə qruplarının çoxşaxəli səyləri davam edərkən, Gülərin son görüntüləri də əldə edilib. Axtarış-xilasetmə itlərinin də olduğu səylər fasiləsiz davam edərkən, Ece Gürelin evdən çıxdığı anın son görüntüləri ortaya çıxıb. Ece Gürelin son görüntülərində bel çantası ilə evdən çıxaraq bir müddət sonra gözdən itdiyi görünür.

Ayxan

Oxşar Xəbərlər