Tekirdağda 2 yaşlı Sıla Yeniçerinin ölümü ilə bağlı məhkəmə qərarı açıqlanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ona Bakiye Yeniçeri 27 il 9 ay, K.A. adlı azyaşlı 20 il 6 ay, G.K. isə 7 il həbs cəzası alıb. Bəzi şübhəlilər isə bəraət qazanıb. Məhkəmə anaya hər hansı cəza endirimi tətbiq etməyib və onu ehtiyatsızlıqdan qəsdən adam öldürmə cinayətində günahkar bilib.
Xatırladaq ki, ötən ilin sentyabrında Tekirdağın Malkara rayonunda döyülərək və cinsi istismara məruz qalan 2 yaşlı Sıla Yeniçeri daxili qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, lakin həyatını itirmişdi. Tibbi ekspertiza uşağın zorakılığa məruz qaldığını təsdiqləmişdi. Hadisə ilə bağlı 5 nəfər, o cümlədən ana və dini nikahlı həyat yoldaşı həbs olunmuşdu. Məhkəmə qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Ayxan