Ordunun Çatalpınar rayonunda torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsindən sonra magistral iki zolaqlı olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Aybastı və Fatsa rayonlarını birləşdirən magistral yolda Kabataş ilə Çatalpınar arasındakı Sayacatürk məhəlləsində torpaq sürüşməsi baş verib . Sürüşmənin ardından nəhəng qaya parçaları yola düşdüyündən magistral yol nəqliyyat üçün bağlanıb. Sürüşmə səbəbindən bölgədə nəqliyyat tamamilə dayanıb, avtomobillərin hərəkəti magistralda baş verib.
Ərazidə nəqliyyatın hərəkəti üçün bağlanan yolda işlərə başlanılıb və bu vaxt ərazidə alternativ marşrutla nəqliyyat təmin edilməyə başlanıb. Sürüşmə anını ərazidə olan bir vətəndaş mobil telefonla saniyə-saniyə lentə alıb.
Ayxan