Ramazan ayının başlaması ilə ekranların vazkeçilməz adlarından olan Prof. Dr. Nihat Hatipoğlu ənənəvi iftar və sahur proqramları ilə tamaşaçılarla görüşməyə davam edir. Lakin illərdir dəyişməyən “orucu pozan hallar”la bağlı suallar bu il də gündəmə gəlib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sosial mediada məşhur olan Kadir Ezildi eyni klişe sualların təkrar-təkrar verilməsinə üsyan edib.
Təmizlik proqramları ilə böyük bir pərəstişkarı toplayan Kadir Ezildi sosial media hesabında paylaşdığı paylaşımda hər il təkrarlanan orucla bağlı suallardan narahatlığını dilə gətirib. "Bu il xahiş edirəm televizorda qəribə suallar verməyin. İnsanlar hələ də "diş pastası orucu pozurmu? Saqqız orucu pozurmu?" Soruşanlar var.
Əvəzində soruşun ki, atamdan miras qalan malı bacıma vermədim və hamısını tək yedim, orucum qəbul olarmı?, ya da “gəlinimə əzab verdim, orucum qəbul olarmı?”, “qocalarımız vardı, onlara baxmadım, orucum qəbul olarmı?”. “Belə şeylərdən soruş” deyən Ezildi izləyicilərindən tam qiymət alıb.
Ayxan