DÜNYA ÖZ XƏBƏR

Polisin açdığı atəşlə ölən 17 yaşlı gəncin anası məmurun qətlə görə mühakimə olunmasını istəyib - Fransada

Fransanın Nanter Respublika Prokurorluğu 2023-cü ildə polisin açdığı atəş nəticəsində ölən 17 yaşlı sürücü Nael Merzuku güllələyən məmurun qətlə görə mühakimə olunmasını istəyib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki,

Nanter Respublika Prokurorluğu 2023-cü ilin iyununda polis gülləsi ilə həyatını itirən Merzukun dosyesi ilə bağlı açıqlama verib. Prokurorluq güllə atan və 17 yaşlı Merzukun ölümünə səbəb olan polis məmuru Florian M.-yə qarşı "qətl" iddiası qaldırıb. Prokurorluq hadisə yerində olan və “qətldə şəriklik” maddəsi ilə araşdırılan digər polis əməkdaşı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməməsi barədə qərar istəyib. Merzukun anası Mounia Merzoukun vəkili Frank Berton, müvəkkilinin prokurorun tələbləri ilə rahatlaşdığını söylədi. Berton, zabitin Merzuku qəsdən və öldürmək məqsədi ilə vurduğunu iddia etdi. 27 iyun 2023-cü ildə Fransa polisi Nanterredə üç nəfəri daşıyan avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael Merzuku öldürdü. Merzukun ölümü ölkə daxilində geniş etirazlara səbəb olub, etirazçılar bir neçə şəhərdə küçələrə çıxaraq polislə qarşıdurmaya çıxıblar. Gəncin ölümünə səbəb olmaqda təqsirləndirilən polis məmuru vəzifəsindən kənarlaşdırılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bildirilib ki, polis 2023-cü ilin noyabrında məhkəmə nəzarəti şərti ilə azad edilib.

Ayxan

Oxşar Xəbərlər