DÜNYA ÖZ XƏBƏR

Qəribə hadisə: İşləməyən avtomobil qəzaya uğradı

İstanbulun Küçükçekmece səmtində görənləri heyrətə salan qəza baş verib. Yanacaqdoldurma məntəqəsində işləyən iki nəfərin itələdiyi avtomobil qəzaya uğrayıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  hadisə Küçükçekmece İnönü məhəlləsindəki yanacaqdoldurma məntəqəsində baş verib. Məlumata görə, yanacaq almağa gələn avtomobil işə düşməyincə sürücü işçilərdən kömək istəyib.

Yanacaqdoldurma məntəqəsində işləyən iki nasos işçisi maşını itələməyə başlayıb. Qısa  sonra avtomobil digər avtomobillə toqquşub.

Ayxan

Oxşar Xəbərlər