DÜNYA ÖZ XƏBƏR

Tuneldə rəqs edib, təhlükə yaratdı - VİDEO

İzmirin Konak rayonunda tuneldə gəzərək və rəqs edərək nəqliyyat vasitələrinin hərəkətini dayandıran Alara K. (27) yol hərəkəti təhlükəsizliyini təhlükəyə atdığı səbəbi ilə saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün sosial mediada Konak tunelində qadının rəqs edərək hərəkət edən nəqliyyat vasitələrini saxlaması görüntüləri yayılıb. Görüntüləri görən polis qrupları hərəkətə keçdi. Konak İlçe Təhlükəsizlik Müdirliyi Cinayətlərin qarşısının alınması və İstintaq Bürosu qrupları tuneldə rəqs edən şəxsin Alara K olduğunu təyin edib. 

Alara K. yol təhlükəsizliyini təhlükəyə atdığı səbəbiylə polis qrupları tərəfindən nəzarətə alındı. Alara K. ilə bağlı prosedurların davam etdiyi bildirilib. Digər tərəfdən, Alara K.-nın "ədəbsiz davranış" və "talançılıq" üçün polis stajının da olduğu məlum olub.

Ayxan

 

Oxşar Xəbərlər