Karabükdə qeyri-qanuni qazıntı işləri apardıqları təsbit edilən 7 şübhəli həbs edilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Karabük bölgə Polis (Jandarma) Komandanlığı qrupları tərəfindən qeyri-qanuni qazıntı işləri apardıqları müəyyən edilən şübhəlilərə qarşı əməliyyat keçirilib. Yeddi şübhəli xəzinə qazarkən cinayət başında yaxalanıb. Hadisə yerində aparılan araşdırma zamanı qazma-sındırma aləti, çisel, yükgötürmə qabiliyyəti 250 kiloqram olan elektrik kranı və müxtəlif qazıntı materialları götürülüb. Jandarmdakı əməliyyatların ardından ədliyyəyə sövq edilən 7 şübhəli gətirildikləri çağırış məhkəməsi tərəfindən həbs edilib.
Ayxan