Düzcedə quş ovu zamanı vurulan 14 yaşlı uşaq dünyasını dəyişib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,
Hadisə Düzce Mərkəzinin Aydınpınar kəndində baş veric. Məlumata görə, 3 dost quş ovlamaq üçün fındıq bağına daxil olub. İddiaya görə, Muay Thai idmançısı Ahmet Kafkas Keleş (14) tüfəngdən çıxan zaman vurulub. 112 Təcili Zəng Mərkəzinə edilən xəbərin ardından bölgəyə sağlamlıq və jandarma qrupları sövq edildi. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra Əhməd Kafkas Keleşin həyatını itirdiyi müəyyən edilib. Prokurorluq hadisə ilə bağlı geniş miqyaslı araşdırma başlatarkən, onun iki dostu dindirilmək üçün jandarma qərargahına aparılıb. Hadisə zamanı ölən uşağın meyiti yarılma üçün Məhkəmə Tibb İnstitutuna aparılıb. Düzce Gənclik və İdman İl Müdirliyi başsağlığı mesajı yayımladı. Mesajda "Muay Thai idmançımız Ahmet Kafkas Keleşi itirməyin acısını yaşayırıq. İdmançımıza Allahdan rəhmət diləyir, kədərli ailəsinə başsağlığı və səbr diləyirik" qeyd edilib.
Ayxan