Martın 4-də axşam Sankt-Peterburqun Vasilyevski adasında atışma baş verib – naməlum şəxs evin pəncərələrindən atəş açıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Vasilyevski adasındakı Malı prospektinin Smolensk istiqamətində 10-11 xətlə kəsişməsini bağlayıblar.
Qeyd olunur ki, sərxoş şəxs 10-cu xətt, 51 saylı evin yaşayış olmayan girişində gizlənərək, travmatik tapançadan havaya atəş açıb. Hazırda atəş açan şəxs saxlanılaraq zərərsizləşdirilib. Daha sonra müayinə üçün psixiatriya xəstəxanasına göndəriləcək.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarından hələ ki, rəsmi şərh yoxdur.
Ayxan