DÜNYA ÖZ XƏBƏR

Uşaqların gözü önündə iki qruplaşma arasın DAVA DÜŞDÜ: Yaralılar var

Adıyaman şəhər mərkəzi Eskisaray məhəlləsində Memar Sinan parkının yaxınlığında iki qrup arasında mübahisə düşüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələ müəyyən edilməmiş səbəblərdən başlayan mübahisə qısa zamanda davaya çevrilib.

Dava zamanı şəxslər bıçaq və ülgüclə bir-birinə hücum ediblər. Dava zamanı 3 nəfər bədənlərinə aldığı bıçaq xəsarətləri nəticəsində xəsarət alıb. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar Adıyaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Xəstəxanada müalicə alan 3 yaralıdan 1-nin vəziyyətinin ağır olduğu bildirilib.

Nilay

Oxşar Xəbərlər